|
Növbəti oyun
MOİK "Xəzər Lənkəran" UniBank Premyer Liqası, V tur 12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion
|
Xəzərin "Son Qayasi" 04.02.2009 19:48 4 fevral 2009-cu il. Saat 15-45. İşdə çox nadir hallarda vaxtin tez başa çatmasını arzulayiram. Darıxırdım. Elə buna görə də internet saytları axtarıram. Ələxsus idman saytlarını. Həmişəki kimi ilk olaraq, Xəzər Lənkərana aid saytları açdım... Əvvəlcə inana bilmadim. Fatih Sonkaya Xəzər Lənkəranda!!! Bu Xəbər doğru idimi? Bu gün haqda bütün təsəvvürlərim dəyişmişdi. Bu mənim üçün Aərbaycan futbolu tarixində ən sevindirici günlərdən biri idi. Təsəvvur belə edə bilməzdim. “Fatih Sonkaya Xəzər Lənkəranda”. Necə gözəl səslənir, deyilmi?! Bəlkə də çoxları Fatih Sonkayanin kim olduğunu, futbolçu kimi hansı uğurları əldə etdiyini bilmir. Amma, mən onun karyerasi ilə yaxından maraqlanmişam. Fatihi tanımağım 2003-cu ilə təsdüf edir. (Təbii ki, söhbət şəxsi tanişlıqdan getmir) 2003-cu ilin yayı. Fransada keçirilən konfederasiyalar kuboku turniri. Bir il əvvəl C. Koreya və Yaponiyada keçirilmiş dünya çempionatında böyük uğur əldə etdikdən sonra Konfederasiya kubokunda Turkiyə yığmasının heyətində gənclari görən azarkeşlərimiz məyus olmuşdular. Hami, dünya çempionatındaki heyəti görmək istəyirdi. Lakin, 3 futbolçu bütün fikirlərin üstündən xətt çəkdi. 1-cisi Tuncay Şanlı. Onun xüsusi təqdimata ehtiyacı yoxdur. 2-ci futbolçu Volkan Arslan idi. Fanatlar Volkanı Qalatasaraydan yaxşı tanıyırlar. 3-cü və bizim üçün 6 il sonra daha da doğma olacaq Fatik Sonkaya. Hələ o zaman Hollandiya Rodasinda çıxış edirdi. Məhz həmin turnirdən sonra Türkiyənin bütün klublarının diqqət mərkəzində bir futbolçu var idi. Fatih Sonkaya. Daha sonra, Beşiktaş Fatihi, Fatih də Beşiktaşı seçdi. Türkiyədəki uğurlu karyeradan sonra Portuya üz tutan Xəzər – Lənkəranlı ( böyük qürur hissi ilə bu sözü deyirəm) Portuqaliya çempionluğunu ve superkuboku qazandı. Bir sözlə, Fatih Hollandiya və Türkiyədən sonra Portuqaliyadada azarkeşlərin qəlbinin “fatehi” oldu. Portuqaliyada olmuş bir şəxs kimi, onun Portu şəhərində necə sevildiyinin görmüşəm. İndi növbə bizimdir. Fatihi sevmək, bağrımıza basmalıyıq. Çünki, Fatih artıq Xəzər – Lənkəranlıdir. İnanıram ki, Fatih uzun illər sonra karyerasının səhifələrini vərəqləyəndə Azərbaycan çempionluğunu da görəcək. Hətta, buna əminəm. Çünki, Fatihli, Ahmet Dursunlu komandanın çempion olmamağa mənəvi haqqı yoxdur. Xəzərin Son Qayasi – Fatih Sonkaya azarkeşlərimizə uğur gətirsin!!! Çempion olmasan belə, biz səni var olduğun üçün sevdik, Xəzərim! Düzgün Xəzərli . 1728 dəfə oxunub |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz