Növbəti oyun
-

"Xəzər Lənkəran"     MOİK

UniBank Premyer Liqası, V tur

12.09.2010 18:00 Lənkəran Şəhər Mərkəzi Stadionu

Əvvəlki oyun
-

AZAL 0 - 1 "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, IV tur canlı, AzTV

Məqalələr
Xalid

Yeni mövsümdə "Xəzər Lənkəran"ımıza uğurlar!

Ramillio

Liderin liderlərə ehtiyacı

Kantana

Geriyə nəzər saldıqda

Ramin Səfərov

Jurnalistika, Peşəkarlıq, yoxsa ....

G.T. Lənkəranlı

"Xəzər Lənkəran" Azərbaycan Futboluna nə bəxş etdi?

Nail Ismayılov

Futbolumuzun inkişafı .

Fan Xəzər

Xəzərin parlayan ulduzu Kazım Kazımlı


Bütün məqalələr >>
Ən çox hansı idman saytını bəyənirsiniz?
azerisport.com
apasport.az
korner.az
ultrasport.az
football-plus.az
futbolpress.az
fanat.az
qol.az
extratime.az
azerifootball.com
stadium.az

Sorğu nəticələri    

"FIRTINA" - 5 YAŞ!

16.07.2010 10:42

16 iyul 2005-ci il tarixdə sevimli komandamızın avrokubok oyunlarına hazırlaşdığı ərəfədə, Bakıda yaşayan bir neçə "Xəzər Lənkəran" azarkeşi bir araya gəlib paytaxtda fan klub açmaq qərarına gəldilər. 20-25 nəfərlik dəyirmi masada 5 nəfərlik idarə heyəti təsdiq olundu, fan klubun rəsmiləşməsi üşün sənədlərin hazırlığına başlanıldı, fan kluba rəhbər şəxs təyin olundu. Beləliklə 16 iyul 2005 ci il tarixdə fan klubumuzun təməli qoyuldu və bu fan klub "Xəzər Lənkəran" müstəqil Bakı Fan Klubu kimi fəaliyyətə başladı. Qısa zaman kəsiyində özündən hər yerdə müsbət mənada söz etdirən fan klubumuz bir neçə illik fəaliyyəti dövründə uğurla inkişaf etməkdə idi. Bu dövr ərzində bütün futbol ictimaiyyəti Azərbaycan Futbolu tarixinə ilk müstəqil fan klub kimi düşmüş fan klubumuzu ən aktiv, ən böyük fan klub kimi tanımağa başladı.

Ölkədə azarkeş mədəniyyətinin formalaşmasında müstəsna xitmətləri olan fan klubumuzun bir brendə, markaya çevrilməsi üçün fan kluba mütləq bir ad lazım idi. Bu məqsədlə üzvlərimiz arasında sorğu keçirildi və İdarə Heyətinin də müzakirəsindən sonra fan klubumuza "FIRTINA" adı verildi. Daha sonra fan klubun rəsmi internet səhifəsi hazırlandı və forum fan klub üzvlərinin və azarkeşlərin ixtiyarına verildi.

Bugün "Fırtına" Fan Klubun 5 yaşı tamam olur. Çox təəssüf ki, "Xəzər Lənkəran"ın bu sezon göstərdiyi sönük oyun, son uğursuzluqlar fan klubumuza da mənfi təsir etdi. Keçən il fan klubun 4 yaşını möhtəşəm şəkildə qeyd etdiksə də bu il məlum səbəblərdən üzvlərimiz arasında ruh düşkünlüyü buna imkan vermədi.

Bütün bunlara baxmayaraq, biz yenə də inanırıq ki, bu mövsüm Fan Klubumuzun möhtəşəm dəstəyi və "Xəzər Lənkəran"ın yeni baş məşqçinin rəhbərliyi altında uğurlu çıxışı ilə ötən mövsümkü uğursuzluqlara son qoyulacaq və Fırtına növbəti - 6 yaşını "Xəzər Lənkəran"ın uğurlu çıxışı müqabilində daha möhtəşəm qeyd edəcəkdir.

Sonda "Fırtına" Fan Klubunun 5 yaşı münasibətilə bütün kollektivimizi təbrik edirik!

286 dəfə oxunub Share/Save/Bookmark        Şərh yaz

Şərhlər (15)

Rüfət Guliyev | 16.07.2010 11:50

Tebrikler!

Ramin Safarov | 16.07.2010 15:30

Bütün Fırtınaçıları 5 yaşımız münasibəti ilə təbrik edirəm. Bu gün Fırtına fan klubunu təkcə Xəzər Lənkərana dəstək olan fan klub kimi adlandıranlara demək istərdim ki, bu fikir kökündən yanlışdır. Fırtına ilk öncə yəni yarandığı anda məhz Xəzər Lənkəran Müstəqil Bakı fan klubu kimi yaradılsa da, sonradan qarşısana daha böyük məqsədlər qoymuş oldu. Belə ki, bu gün Fırtına bütünlüklə Cənub zonasını Bakıda təmsil edir. Cənubumuzdan, xüsusən də Lənkərandan olan istənilən idman növünə dəstək olur. Gələcəkdə Lənkəranda başqa bir futbol klubu yaranarsa, sevə-sevə o kluba da dəstək olarıq. Bizim məqsədimiz Cənubumuzun idman sahəsində uğurlarında azacıq da olsa pay sahibi olmamızdır. Qarşıdakı illər ərzində Fırtına daha da təkmilləşəcək. Özünün maliyyə sturukturu olacaq və hər zaman Cənubumuzdan/Lənkərandan olan istənilən idman növünə dəstək olarıq, azərkeşlik edərik.

Fegan 242 | 16.07.2010 17:48

Tebrik edirem! Her zaman sukani bele saxlamagi arzu edirem! Xezerimizin hem yaxshi gununde, hem pis gununde desteyi esirgememek, Firtinanin  klubla birlikde Avropadada sesini eshitmek isterem!

Rashad Azizov | 16.07.2010 22:07

Hər kəsə təşəkkür edirəm!

Bugün "UltrAslan - Azərbaycan" dərnəyinin rəhbəri, dostumuz Ceyhun Əzizli zəng vurub öz təbriklərini çatdırdı. Daha sonra "Qarabag" Futbol Klubunun "İmarət" Fan Klubundan təbrik aldıq. Hər iki qüruma, başda rəhbərləri olmaqla "Fırtına" Fan Klubu adından təşəkkür edirik!

Lenkerani | 16.07.2010 22:34

Təbriklər! 5 yaş artıq böyük rəqəmdir...

Amburado | 16.07.2010 23:11

Bütün Fırtınaçıları və Fırtına Fan Klubunun idarə heyyəti üzvlərini təbrik edir yeni yeni uğurlara böyük addımlarla irəliləməyi arzulayıram.

Hörmətlə. Davudov Rasim

 

Pusat_XL | 16.07.2010 23:14

Bütün Fırtınacıları Təbrik edir və yeni uğurlar arzulayıram...!!!

Rəvan Bəşirov | 16.07.2010 23:38

Mənim üçün ən əhəmiyyətli və xüsusi əhəmiyyət kəsb edən günlərdən biridir. Bütün Fırtına fan klubunun üzvlərini və üzv olmayan bütün FIRTINA ruhlu azarkeşlərimizi təbrik edirəm. İnşAllah klubumuzun uğurları fonunda il dönümlərini qeyd edəcəyik. 

Ömürlük FIRTINA-çı , 

 

Rəvan Bəşirov

Mahirshukurov.tk veb portali | 16.07.2010 23:39

mahirshukurov.tk  Veb portali kollektivi ve redaksiya heyyeti adindan sizleri tebrik edirem elecede sexsen Mahir Shukurov sizlere oz tebrikini catdirir(15.07 tarixinde onunla telefon elaqesi saxlanan zaman bu haqda ona melumat verilmisdir)

Farahim Ağayev | 17.07.2010 20:02

Sizi ürekden tebrik edirem "FIRTINA"lılar. Hemişe meydanlarda fırtına qopardasız.. İnşallah bizim "XEZER LƏNKARAN" da bizə sevinc bəxş edəcək

XƏZƏRLİ FARAHİM 

Vusal-8km | 18.07.2010 01:10

Tebrikler Firtina! inanmaq isterdim ki, bundan sonra Firtinanin bashi yaliz ve yalniz klubu destek etmekden qarishacaq.

Nuruzadeh | 18.07.2010 14:11

5 yaşın mübarək "Fırtına"!!!

50 yaşını görmək arzularıyla: www.elanlar.com və www.KamranAghayev.com 

Ramil Cahangirov | 18.07.2010 21:17

Tebrikler!!! `Firtinani` yaradanlara ve yashadanlara sebr, temkin, bol ideya ve ugurlar!

Araz Nesirov | 19.07.2010 00:38

Fırtınanı ürəkdən təbrik edirəm. Fırtına Azərbaycan futbolunun sahib olduğu ən böyük dəyərlərdən biridir. Çünkü sadəcə o mənfəət üzərinə yox sevgi üzərinə qurulub. Onu qorumaq və yaşatmaq bütün futbolsevərlərimizin mənəvi borcudur. Hörmətlə

Ismixan14 | 20.07.2010 15:45

Təbriklər!!!İNŞALLAH Fırtınanin 6 yaşını Xəzərin çempionluğu ilə qeyd edərik!



Turnir cədvəli
Komandamız O Q H M T-F X
Neftçi 4 3 1 0 9-1 10
Xəzər Lənkəran 4 3 1 0 4-0 10
İnter 4 2 1 1 4-2 7
AZAL 4 2 1 1 5-4 7
Muğan 4 1 2 1 5-5 5
Qarabağ 2 1 1 0 2-1 4
Gəncə 3 0 3 0 3-3 3
Bakı 3 1 0 2 4-5 3
MOİK 3 1 0 2 3-4 3
Turan 4 0 2 2 3-7 2
Simurq 4 0 2 2 3-9 2
Qəbələ 4 0 1 3 1-5 1
Bombardirlər
Oyunçu Komandamız Q
Bahodir Nasimov Neftçi 6
Jaba Bakı 3
Elvin Beqiri Xəzər Lənkəran 2
Seçilmiş xəbərlər

30.08.2010 17:35

Arxa xətt ön planda

29.08.2010 12:07

Yeni avtobusunuz mübarək!

27.08.2010 17:53

Polis özbaşınalığı...

26.08.2010 17:49

Unibank Premyer Liqası: IV turun hakimləri 

26.08.2010 17:02

"Xəzər Lənkəran" "Şaxtyor"la yoldaşlıq oyunu keçirmək istəyir

24.08.2010 14:22

İntizam Komitəsinin iclası keçirilmişdir

23.08.2010 12:06

Proses davam edir

23.08.2010 10:32

Kakha, are you OK ?

20.08.2010 13:33

"Xəzər Lənkəran" - "İnter" oyununa "Fırtına" hazırlığı

19.08.2010 13:58

Unibank Premyer Liqası III turun təyinatları


Bütün xəbərlər >>
Ən çox oxunan 5 yazı

Bizə ləkəli zəfər lazım deyil!

“Xəzər-Lənkəran” ilk dövrədə statistikanın gözü ilə...

Kamran Ağayev 23-ə bizimlə...

Xəzərin "Son Qayasi"

Təzahürat