Növbəti oyun
-

MOİK     "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, V tur

12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion

Əvvəlki oyun
-

AZAL 0 - 1 "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, IV tur canlı, AzTV

Məqalələr
Xalid

Yeni mövsümdə "Xəzər Lənkəran"ımıza uğurlar!

Ramillio

Liderin liderlərə ehtiyacı

Kantana

Geriyə nəzər saldıqda

Ramin Səfərov

Jurnalistika, Peşəkarlıq, yoxsa ....

G.T. Lənkəranlı

"Xəzər Lənkəran" Azərbaycan Futboluna nə bəxş etdi?

Nail Ismayılov

Futbolumuzun inkişafı .

Fan Xəzər

Xəzərin parlayan ulduzu Kazım Kazımlı


Bütün məqalələr >>
Ən çox hansı idman saytını bəyənirsiniz?
azerisport.com
apasport.az
korner.az
ultrasport.az
football-plus.az
futbolpress.az
fanat.az
qol.az
extratime.az
azerifootball.com
stadium.az

Sorğu nəticələri    

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik oldu

15.07.2010 18:03

Klubun rəsmi saytının məlumatına görə, qarşıdakı 2 il ərzində "Xəzər Lənkəran" futbol klubunun yeni baş məşqçisi Rumıniya və Belçika vətəndaşlığını daşıyan Mirça Rednik olacaq. Tərəflər arasında müvafiq müqavilə İstanbul şəhərində imzalanıb.

Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hundoara bölgəsində anadan olub. O Rumuniyanın həm tanınmış futbolçusu, həm də baş məşqçisi olub.
Rednik futbolçu kariyerasına 1979-cu ildə doğulduğu Hundoara bölgəsinin "Karvinul" klubunda başlayıb. Klubun heyətində 127 oyun keçirən Rednik 6 qola imza atmağa nail olub. Özünün dediyinə görə, onu Rumuniyanın məşhur baş məşqçilərindən sayılan Mirça Luçesku kəşf edib. 1982-ci ildə Buxarest "Dinamo"una transfer olunan Rednik, bu klubda daha uğurlu çıxış etməyə başlayır. Klubda 8 mövsümdə 212 oyun keçirən Rednik komandasının heyətində 21 qol vurmağa nail olur. Rednik "Dinamo" klubu ilə iki dəfə ölkə çempionu, üç dəfə isə ölkə kubokuna yiyələnir. Çıxış etdiyi avroturnirlərində isə 3 dəfə fərqlənə bilir. Lakin 1992-ci ildə Türkiyə superliqasında "Bursaspor" klubunun heyətində heç cür özünü doğrulda bilməyən Rednik, Belçika "Standard"ına üz tutmalı olur. Belçika çempionatında 150 oyun keçirməklə 3 qola imza atan Rednik 1993-cü ildə ölkə kubokuna yiyələnə bilir. 1997-ci ildə yenidən Rumuniyaya - "Rapid"ə qayıdan Mirça baş məşqçi Luçeskunun rəhbərliyi altında 1998-ci ildə ölkə kubokunu başı üzərinə qaldırır. Eyni zamanda Rumuniya milli komandasında da forma geyinən Rednik ilk oyununu 1981-ci ildə İsveçrə millisinə qarşı keçirib və həmin oyun 0-0 hesabı ilə bitib. Bundan əlavə Rednik 1984-ci ildə Fransada keçirilən Avropa çempionatı, 1986 il Meksika və 1990-cı il İtaliya mundiallarında da iştirak edib. Milli komandanın heyətində ümumilikdə 83 oyunda iki dəfə fərqlənib.

2000-ci ildən isə məşqçilik fəaliyyətinə başlayan Rednikin ilk klubu da məhz futbolçu kariyerasını başa vurduğu Buxarestin "Rapid" klubu olur. Həmin mövsümdə "Rapid" dördüncü yerlə kifayətlənir. 2004-cü ildə Səudiyyə Ərəbistanına gedən Rednik "Əl Nəsr" klubu ilə müqavilə imzalayır. Lakin buradakı fəaliyyəti heç də uğurlu alınmır. Daha sonra yenidən ölkəsinə qayıdan Rednik "Vasluy" klubu ilə anlaşır. 2007-2009-cu illərdə "Dinamo" Buxarestində çalışan Rednikin son klubu isə Rusiyanın "Alaniya" klubu olub.

Sevimli klubumuzun yeni baş məşqçisinə "xoş gəlmisiniz" deyirik və ona gələcək karyerasında uğurlar, bol qələbələr arzulayırıq!

159 dəfə oxunub Share/Save/Bookmark        Şərh yaz

Şərhlər (7)

Rashad Azizov | 15.07.2010 20:14

Xeyirli olsun! İnşallah bugünə qədər Xəzərə gəlib getmiş ən yaxşı məşqçi olacaq! Ugurlar!

Xezerli | 16.07.2010 11:17

xeyirli olsun ugurlar arzu edirik!

Pusat_XL | 16.07.2010 23:00

İnşallah Bu Baş Məşqçimiz bizim sevimli Xəzərimizə düşərli olar və qələbələri sıralayar...!!!

Rəvan Bəşirov | 16.07.2010 23:55

Xeyirli olsun. Hər halda çoxdan atılmalı olan addımların bir neçəsindən sadəcə biridir. İnşAllah davamı gəlsin.  Düşünürəm ki, xeyirli ola bilər. 

SADIQ XEZERLI BEHRUZ | 17.07.2010 12:15

XEYIRLI UGURLU OLSUN INWALLAH BIZE YAXWI NETICELER QAZANDIRAR BOL BOL QELEBELER ARZU EDIREM

Roya Askerov | 18.07.2010 14:49

Insalah radikal adimlariyla secilecek, tek patron olmagini arzulayiram...

Ismixan14 | 20.07.2010 15:32

Xeyirli olsun...INŞALLAH  Xəzəri çempionluğa daşıya bilecek meşqçi olacaq......UĞURLAR!!!



Turnir cədvəli
Komandamız O Q H M T-F X
Neftçi 4 3 1 0 9-1 10
Xəzər Lənkəran 4 3 1 0 4-0 10
İnter 4 2 1 1 4-2 7
AZAL 4 2 1 1 5-4 7
Muğan 4 1 2 1 5-5 5
Qarabağ 2 1 1 0 2-1 4
Gəncə 3 0 3 0 3-3 3
Bakı 3 1 0 2 4-5 3
MOİK 3 1 0 2 3-4 3
Turan 4 0 2 2 3-7 2
Simurq 4 0 2 2 3-9 2
Qəbələ 4 0 1 3 1-5 1
Bombardirlər
Oyunçu Komandamız Q
Bahodir Nasimov Neftçi 6
Jaba Bakı 3
Elvin Beqiri Xəzər Lənkəran 2
Seçilmiş xəbərlər

06.09.2010 10:07

”Xəzər Lənkəran” – MOİK oyunu Bakıda keçiriləcək

30.08.2010 17:35

Arxa xətt ön planda

29.08.2010 12:07

Yeni avtobusunuz mübarək!

27.08.2010 17:53

Polis özbaşınalığı...

26.08.2010 17:49

Unibank Premyer Liqası: IV turun hakimləri 

26.08.2010 17:02

"Xəzər Lənkəran" "Şaxtyor"la yoldaşlıq oyunu keçirmək istəyir

24.08.2010 14:22

İntizam Komitəsinin iclası keçirilmişdir

23.08.2010 12:06

Proses davam edir

23.08.2010 10:32

Kakha, are you OK ?

20.08.2010 13:33

"Xəzər Lənkəran" - "İnter" oyununa "Fırtına" hazırlığı


Bütün xəbərlər >>
Ən çox oxunan 5 yazı

Bizə ləkəli zəfər lazım deyil!

“Xəzər-Lənkəran” ilk dövrədə statistikanın gözü ilə...

Kamran Ağayev 23-ə bizimlə...

Xəzərin "Son Qayasi"

Təzahürat