|
Növbəti oyun
"Xəzər Lənkəran" MOİK UniBank Premyer Liqası, V tur 12.09.2010 18:00 Lənkəran Şəhər Mərkəzi Stadionu
|
“Xəzər Lənkəran” - “Olimpiya” 1-8 iyul 2010-cu il 30.06.2010 09:50 Avrokubok həyacanı artıq başlamaqdadır. Mövsümün əvvəlində hər birimiz bu həyacanı yaşaya bilib-bilməyəcəyimiz barədə düşünsək də, bu gün artıq bütün bunlar geridə qaldı. "Xəzər Lənkəran"ın avrokuboklara vəsiqəni təmin etməsi, nəhayət ki, doğma arenada azərkeşlərə avrokubok həyacanını yaşatmaq imkanı verdi. Elə azərkeşlər də həmin anı səbirsizliklə gözləyirdilər. Bu gün dünəndən səbirsizliklə gözlədiyimiz anın gəlib çatmasına çox az qaldı. İndi hər kəsi bir sual düşündürür. Bu dəfəki avrokubok həyacanını digərlərindən fərqləndirən cəhət nə olacaq? Bu suala bir neçə istiqamətdən yanaşsaq, elə bir neçə cavab da ala bilərik. Əvvəlcə məsələyə müsbət tərəfdən yanaşaq. Bildiyimiz kimi, əvvəlki avrokubok oyunlarından fərqli olaraq, bu il "Xəzər Lənkəran" Moldovanın "Olimpiya" klubunu məhz doğma arenada qarşılayacaq, üstəlik birinci oyunun rəqib meydanında olması da komandamıza növbəti üstünlüyü qazandırır. Bundan başqa, "Olimpiya" klubunun bizə düşə biləcək mümkün rəqiblərin arasında nisbətən zəif komanda olması da Xəzərin mərhələ keçmək şansını artırır. Məsələnin mənfi cəhəti isə Komandamızın transfer siyasəti ilə daha çox bağlıdır. Mövsümün sonunda hər kəsi Xəzərin transfer bombası düşündürsə də təəssüf ki, hadisələrin gedişi heç də ürəkaçan olmadı. Komandamız nəinki güclü transferlər etmədi, hətta bir neçə texnikalı oyunçuların xidmətindən də imtina etdi. Xəzərin zəif cəhətlərindən biri də, fikrimcə azərkeş dəstəyinin arzulanan səviyyədə olmayacağı barədə gedən söz-söhbətlərdir. Bir zaman "Xəzər Lənkəran" dedikdə ilk öncə gözümüz önündə hər an ürəkləri Xəzər sevgisi ilə döyünən möhtəşəm azərkeş ordusu canlanırdısa, bu gün həmin azərkeşləri məyus və daha çox narahatçılıq içində boğulan kimi gördükdə, hər birimiz çoz üzülürük desək yanılmarıq. Əvvəlki avrokubok oyunlarından fərqli olaraq, bu il Xəzər öz rəqibini doğma arenada qəbul etməsinə baxmayaraq, son vaxtlar əsasən Lənkəranda yaşayan Xəzər azərkeşlərinin böyük bir hissəsinin komandadan küsməsi bu mövsüm Xəzər azərkeşlərinin öz sevimli komandasını tam gücü ilə dəstəkləməsinə mane olacaq hallardan biridir. Komandamızın daha bir mənfi cəhəti isə son mövsüm ölkə çempionatında stabil çıxış edə bilməməsi və çempionluğun son turlarında dalbadal xal itirməsi ilə bağlıdır. Yuxarıda sadalananlardan belə qənaətə gəlmək olar ki, komandamızın nisbətən zəif rəqiblə qarşılaşacağna rəğmən şanslar yarı-yarıya qiymətləndirilməlidir. Ramin Səfərov 202 dəfə oxunub Şərhlər (12) Mustafa42 | 30.06.2010 10:19
Moldovada bəlkə də uduzarıq bu cür heyyətlə. Olimpia doğma meydan amilindən müsbət şəkildə yararlanmağa çalışacaq. Güclü müdafiə lazımdır, səfərdə qol buraxmamaq vəya maksimum 1 top. Lənkərandakı oyun möhtəşəm olacaq, inanaq ki Lənkəranda möhtəşəm yüksək səviyyəli dəstək verəcəyik! Qələbəyə inam isə həmişə var! Rashad Azizov | 30.06.2010 10:30
Çox isterdim ki, bu oyunu böyük hesabla udaq.. Olimpianın baş məşqçisi Nistru klubu ilə 2005 ilində bizi bir dəfə məyus edib. Bu dəfə də məğlub olsaq, gərək Mircavadov gizlənsin Moldovada, qayıtmasın Lənkərana.. Ugurlar Xəzərim! Rashad Azizov | 30.06.2010 10:45
hesaba geldikde ise, Moldovada 2-1 uduzub, Lənkəranda 2-0 udarıq İnşallah! Ramin Safarov | 30.06.2010 10:49
Moldovadakı oyundan çox şey asılıdır. Əgər bu oyunda uduzmasaq, bu Lənkərandakı oyunda azərkeşlərin sayına və əhval ruhiyyəsinə də müsbət təsir göstərəcək. Yox, əgər uduzsaq onda Lənkərandakı biabırçılıqdan qurtulmaq çətin olacaq. Azərkeşlər stadiona komandamıza dəstəkdən çox istefa deməyə gələcəklər. Aga nə edirsə, etsin Moldovadan qalib ayrılsın... Pusat_XL | 30.06.2010 12:44
Moldovadakı oyundan şəxsən mən qələbə gözləyirəm... inşallah Lənkərandakı oyunda möhtəşəm futbol gecəsi yaşayarıq Aftandil Babayev | 30.06.2010 15:41
Məncə nə qədər məyus olsaqda stadion sözsuz ki yenə dolacaq. Kubokun finalında olduğu kimi. Ama vay o gundən ki Xəzər bu mərhələni keçməsin. Əsl faciə bax onda olacağ. Allah butun Xəzərlilərə və Talışlara kömək olsun! Xalid | 30.06.2010 17:21
Bu oyunda qalib gəlməliyik .. Qocalar baxaq da necə qələbə gətirir bizə. Heç olmasa Avroliqada 1 mərhələ adlaya bilək. Nail | 30.06.2010 22:53
Xəzərə bol şanslar diləyirəm. bu il işimiz zor olacaq, Allah yardımçımız olsun. Yarandığı gündən heyyətə hər zaman güvənən komandamız olsada sonda inanmadığımız bir heyyətlə qalmışıq. Bu oyunda məğlub olacağımızı düşünürəm. Ramil Cahangirov | 01.07.2010 00:19
Ilk təəssüratlar iyulun 2-si. ilkin | 01.07.2010 16:26
insallah xezer bu il ugurlu cixis edib azerkesleri sevindirecey Ismixan Rehimov | 01.07.2010 18:59
XƏZƏR LƏNKƏRAN səfərdə ən azı bərabər elese çox yaxşı olar... Əgər ele olsa Lənkərandakı oyunda hem şansimız çox olar həm də azərkeş sayi atar... O du ki mən bütün Lənkəran əhlindən və digər Xəzər Lənkəranın azərkeşlərindən xahiş edirəm ki nə olursa olsun 08.07.2010 tarixində Lənkəranda keçiriləcək XƏZƏR LƏNKƏRAN-OLİMPİA oyununa gəlib XƏZƏR LƏNKƏRANA dəstək olsunlar..... ALLAH köməkçimiz olsun! KeRa_xl | 02.07.2010 01:16
hee pis oyun olmadi. 0-0 serf eliyir. Firtinaynan mohtewem destek vererik Lenkeranda, ama Xezer evvelki Xezer deyil, liderlerin hamisin gonderdiler. Kalinkov en azi qalmali idi. nese ugurlar |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz