|
Növbəti oyun
MOİK "Xəzər Lənkəran" UniBank Premyer Liqası, V tur 12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion
|
Qalmaqallı sezon və sonunda...?! 31.05.2010 15:41 Bütün Cənub bölgəsinin qüruruna çevrilmiş "Xəzər Lənkəran" futbol klubu çempionluq və ölkə kuboku uğrunda uzun marafondan sonra özünə və xüsusən də öz möhtəşəm azarkeşlərinə yaraşmayan, lakin son qarşılaşmalarda göstərdiyi baxımsız və sistemsiz oyununa görə turnir cədvəlində azarkeşlərinə layiq olmayan yerdə qərarlaşdı. Mövsüm ərzində Xəzərin oynaya biləcəyindən daha aşağı səviyyədə oyun sərgiləməsinin, uğursuz transferlərinin əsl səbəbləri araşdırılmaqdansa, klub rəhbərliyi bundan müxtəlif bəhanələrlə və çox məharətlə yayındı.
"Fırtına" fan klubu olaraq hələ mövsümün əvvəlində "Xəzər Lənkəran"da baş verənlərlə bağlı həyacan siqnalı çalmışdıq. Bəs görəsən klub rəhbərliyinin bizə cavabı nə oldu..? Əslində bu qarayaxmalara bir daha qayıtmaq istəməzdim, lakin bir daha xatırlatmaq yerinə düşər deyə, olub keçənlərə kiçik bir nəzər salmaq qərarına gəldim. Həmin vaxt klub rəhbərliyi az qala bütün günahları məhz "Fırtına" fan klubunda görürdü. Hətta bizi anti-Xəzərçi adlandırmaqdan belə çəkinmirdilər və bu azmış kimi bizi Lənkərana buraxmayacaqları ilə də hədələyirdilər. Biz isə hətta atributlarımızın stadiona buraxılmamasına baxmayaraq, yenə də bütün bu təzyiqlər qarşısında öz azarkeş dəstəyimizi komandamızdan əsirgəmədik. Çoxları bizi bütün bu olaylardan sonra yenə də Xəzərə xidmət etməyimizdə qınadı. Hətta fan klubumuzun bir neçə aktiv üzvü fan klubdan ayrılmağa qərar verdi. Bütün bunlara rəğmən biz yenə də sevimli komandamızı dəstəkləməkdə davam etdik, edirik və edəcəyik də... Bununla belə, bəzi optimist azarkeşlər Xəzərin etdiyi səhvini kubok oyununda düzəldəcəyinə, "Bakı" klubundan qisas alacağına ümid edərək, müəyyən mənada təskinlik tapdılar. Bu qarşılaşmadan 8 gün sonra yəni, mayın 23-də ölkə kubokunun final oyununda yenə də Xəzərlə "Bakı" üz-üzə gəldi və 120 dəqiqənin sonu bizim bütün ümidlərimizi alt-üst etdi. Demək olar ki, bütün futbol ictimaiyyətinin məhz Xəzərin bu oyunda qalib gələcəyini proqnozlaşdırdığı halda, (buna səbəb Xəzərin öz azərkeşləri qarşısında itirilmiş nüfuzunu bərpa etməyə borclu olması idi) Xəzər yenə də rəqibi ilə yumşaq desək bacarmadı. Düzdü bu oyunda vurulan 1-ci qol heç də "Bakı" komandasına baş ucalığı gətirən qol olmadı. Lakin unutmaq lazım deyil ki, bu qol zamanı nə qədər rəqib komandanın günahı var idisə, bir o qədər də Kamran Ağayevin günahı var idi. Oyunun anti-qəhrəmanı - Kamran Ağayev sonradan mətbuata müsahibəsində "...lazım gəlsə azərkeşlərdən və klubdan üzr istəyə bilərəm..." dedi. Hə, deməli o an lazım gəlmədi. Axı lazım gəlsə idi Kamran yüz minlərlə Xəzər azərkeşlərindən üzr istəyərdi... Kamran Ağayevlə yanaşı azərkeşlərdən üzr istəməyə borclu olan və hər zaman guya azərkeşlərinin yanında olan klub rəhbərliyi də nədənsə ya buna ehtiyac duymadı ya da azərkeşlərlə bağlı hər-hansı bir təsəlliverici addım atmağı ümumiyyətlə özünə rəva bilmədi. Necə də olsa, azərkeşlərin əksəriyyəti əhalinin kasıb təbəqəsindən olanlardı və baxmayaraq ki, "Xəzər Lənkəran" naminə onlar üçün böyük məbləğdə pulundan, parasından keçib həm ev oyunlarında, həm də səfər oyunlarında komandanı dəstəkləyirlər, bu insanlardan kresloda oturanlar necə üzr istəsinlər? Bəlkə buna həqiqətən də ehtiyac yoxdur? Bəlkə biz azərkeşlər bunu haqq etməmişik? Bu gün bir çox suallara cavab axtarırıq: Sonda "Fırtına" fan klubu olaraq "Bakı" Futbol Klubunu "Fair Play" qaydalarını kobud şəkildə pozduğuna görə, "Xəzər Lənkəran" rəhbərliyini isə son iki prinsipial qarşılaşmanın hər ikisində rəqibə məğlub olmasına və bununla da həm çempionluğu, həm də ki ölkə kubokunu əldən verməklə azərkeşlərinə böyük sarsıntılar yaşatdığına görə bütün "Xəzər Lənkəran" azərkeşlərindən üzr istəməyə çağırırıq!
547 dəfə oxunub Şərhlər (1) ismixan rahimov | 04.06.2010 17:56
mence senin dediklerin hamisi heqiqetdir. Xezerin azerkeslere de demek isdeyirem ki ne olursa olsun lap xezer nece il cempion ola bilmese de ona desdek olsunlar |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz