|
Növbəti oyun
"Xəzər Lənkəran" MOİK UniBank Premyer Liqası, V tur 12.09.2010 18:00 Lənkəran Şəhər Mərkəzi Stadionu
|
Unibank Premyer Liqasında “qızıl xallar” ləğv olundu 28.05.2010 14:43 Bu haqda jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib. Onun sözlərinə görə, 2010-2011-ci il mövsümü yenə 12 komandanın iştirakı ilə "6-lıq" sistemi üzrə keçiriləcək. Lakin komandaların ilk 2 dövrədə topladıqları cəmi xallar birinci və ikinci "6-lıq"da saxlanılacaq. Musayev bu addımı çempionata marağı artırmaq məqsədilə atdıqlarını bildirib. PFL prezidenti yaxın günlərdə keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında bu qərarın təsdiqlənəcəyini açıqlayıb. Bundan başqa Unibank Premyer Liqasında 2010-2011-ci il mövsümündə matç zamanı hər hansı futbolçu zədələnərsə, baş hakimin fiti səslənmədən topu meydançadan kənara vuran oyunçu cəzalanacaq.
Musayev bildirib ki, bu qərarın yeni mövsümün əsasnaməsinə əlavə edilməsi nəzərdə tutulub. Məqsəd isə ədalətli oyun qaydaları ilə bağlı komandaların narazılıqlarına əsas yaratmamaqdan ibarətdir: "Artıq İngiltərə Premyer Liqasında bu qaydadan yararlanırlar. Biz də eyni təcrübəni tətbiq etmək niyyətindəyik".
165 dəfə oxunub |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz