|
Növbəti oyun
MOİK "Xəzər Lənkəran" UniBank Premyer Liqası, V tur 12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion
|
Kamran Ağayev - 24 yaşın və rəsmi web səhifən mübarək! 11.02.2010 21:22 9 fevral hamımızın sevimlisi, "Xəzər Lənkəran"ın və Azərbaycan Milli Komandasının 1 nömrəli qapıçısı Kamran Ağayevin doğum günü idi. www.kamranaghayev.com saytının açılışı da məhz Kamrana onu sevən fanatların adından ad günü hədiyyəsi oldu. Saytda Kamran haqqında eksklüziv müsahibələr, futbolda bu günə qədər keçdiyi həyat yolu haqda məlumatlar əldə edə bilərsiniz. Həmçinin də sevimli futbolçumuzun müxtəlif məzmunlu şəkillərinə, videolarına və s. baxa biləcəksiniz. Saytın hazırlanmasında göstərdikləri köməkliklərə görə, öncəliklə hörmətli Səyavuş Xəlilova, dostumuz Rövşən Əkbərova, doğma Lənkəranımızda fəaliyyət göstərən İntellect.Az tədris mərkəzinə və fan klubumuza çox tanış olan bir şəxsə, hər birimizin hörmət bəslədiyi dostumuz Rahim Nuruzadəyə təşəkkürlərimizi bildiririk. Sonda Kamranı doğum günü münasibətilə təbrik edir, ona gələcək futbol həyatında bol-bol şanslar arzu edirik! Mükəmməl seyvləri ilə həmişə bizi sevindirsin, İnşallah!
77 dəfə oxunub Şərhlər (3) Rashad Azizov | 11.02.2010 21:42
Kamran ad gunun mubarek! Tebrikler! sayt cox xoshuma geldi.. superdir Bekamir | 12.02.2010 12:50
Kamran, səni Azərbaycanın layiqli oğlu kimi təbrik edirəm!!! Komandada sənə sonuncu sədd tapşırılıb, qoy onun keçilməzliyi sənin uğur nişanın, azarkeşin sevinc fırtınası olsun. Xəzər bizim üçün bərabərsiz komandamızdır, amma səni Avropada görmək istəyirik. Sağlam və xoşbəxt ol!!!
Aghayeva | 12.02.2010 15:03
Çox qürurvericidi!! Emeyi keçen her kese teşekkurler!! |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz