|
Növbəti oyun
MOİK "Xəzər Lənkəran" UniBank Premyer Liqası, V tur 12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion
|
"Simurq" 1-2 "Xəzər Lənkəran" 09.02.2010 21:16 Unibank Premyer Liqasının XIX turu çərçivəsində Zaqatalanın "Simurq" komandası doğma meydanda "Xəzər Lənkəran"ımızı qəbul etdi. İkinci dövrədə qələbə qazana bilməyən "Simurq" bu uğursuz seriyanı komandamızla oyunda da qıra bilmədi və 1:2 hesabı ilə məğlub oldu. Hesabı 13-cü dəqiqədə hamımızın sevimlisi Juninyo açdı və fasiləyə komandamız 0-1 hesablı qələbə ilə yollandı. İkinci hissənin 67-ci dəqiqəsində yeni transferimiz Kristian Kabral ölkəmizdə ilk qoluna, komandamızın isə bu oyunda ikinci qoluna imza atdı. Rəqib 81-ci dəqiqədə Ruslan Qunçakın sayəsində penaltidən vurulan qolla hesab arasındakı fərqi azalda bildi. Roman Pokora, "Simurq" klubunun baş məşqçisi: "Bizim üçün vacib oyun idi. Həm ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağı, həm də qalib gəlməklə "ilk altılığa" düşməyi hədəfləyirdik. Komandamız yaxşı oynadı, futbolçularımdan razıyam. Qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm." Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Hər iki komandanı göstərdiyi oyuna görə təbrik edirəm. "Simurq"a gələcəkdə uğurlar arzulayıram. Qarşıdakı oyunlara da ciddi hazırlaşıb, bu uğuru davam etdirəcəyik."
55 dəfə oxunub |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz