Bugün - qış transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış "Xəzər Lənkəran"ımız nigeriyalı futbolçu Emeka Oparayla münasibətləri rəsmiləşdirib.
26 yaşı tamam olmamış mərkəz hücumçusu qış transfer pəncərəsi dövründə komandamızın heyətinə qatdığı dördüncü əcnəbi oyunçu olub. Bunadək komandamız albaniyalı Elvin beqiri, estoniyalı Tixon Şışov və braziliyalı Kristian Kabralla müqavilə imzalamışdı. Hündürboylu Emeka artıq bir neçə gün idi ki, komandamızın düşərgəsində yer almışdı. Məşqçilər korpusu futbolçunu yoxlama oyunlarında sınaya bilməsə də, nigeriyalının məşqlərdə göstərdiyi performans ona müqavilə təklif olunmasıyla nəticələnib.
Qeyd edək ki, Opara əvvəllər Almaniyanın məhşur "Kayzerslautern" klubunun şərəfini qoruyub. Son iki mövsümü Tunisdə keçirən forvard bundan sonra "Xəzər Lənkəran"ımızın "ağ-yaşıl" formasını geyinəcək.
Şərh yaz