Növbəti oyun
-

MOİK     "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, V tur

12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion

Əvvəlki oyun
-

AZAL 0 - 1 "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, IV tur canlı, AzTV

Məqalələr
Xalid

Yeni mövsümdə "Xəzər Lənkəran"ımıza uğurlar!

Ramillio

Liderin liderlərə ehtiyacı

Kantana

Geriyə nəzər saldıqda

Ramin Səfərov

Jurnalistika, Peşəkarlıq, yoxsa ....

G.T. Lənkəranlı

"Xəzər Lənkəran" Azərbaycan Futboluna nə bəxş etdi?

Nail Ismayılov

Futbolumuzun inkişafı .

Fan Xəzər

Xəzərin parlayan ulduzu Kazım Kazımlı


Bütün məqalələr >>
Ən çox hansı idman saytını bəyənirsiniz?
azerisport.com
apasport.az
korner.az
ultrasport.az
football-plus.az
futbolpress.az
fanat.az
qol.az
extratime.az
azerifootball.com
stadium.az

Sorğu nəticələri    

"Xəzər Lənkəran" 0-0 "Standard"

03.02.2010 20:36

Dünya futbolunda yəqin ki analoqu olmayan fasilədən sonra "Xəzər Lənkəran" "Standard"ı qəbul etdi. Belə məqamda futbola baxan insan ilk növbədə bir şey gözləyir - yenilik. Bugünkü oyunda biz hansı yeniliklər gördük? İlk növbədə iki yeni oyunçu - Şişov və Beqiri. Bundan əlavə... Başqa bir yenilik tapmaq mənim üçün bir az çətin oldu. Amma əvəzində qarşımızda daha yeni və daha inamlı "Standard" var idi.

Beləliklə, taktiki düzülüş: Yenidən bir çox oyunlarda işlənilmiş variant - Lalin, Cvetkov və Kalinkov bir arada idilər. Bu dəfə bu üçlükdən Lalin böyük əziyyət çəkdi və oyunun ən zəif oyunçularından biri oldu. Bu oyunçuların bir yerdə oynamasının daha bir mənfi cəhəti ondadır ki, oyunun gedişatı əleyhimizə olan zaman ehtiyatda oyunu dəyişə bilən heç kim olmur. Məhz buna görə Xəzər bu gün cəmi bir dəyişiklik etdi. Junior və Mario cütlüyündən heç biri oyunu öz üzərinə götürə bilmədi. Yalnız bir neçə epizodu çıxmaq şərtilə. Rahidin mövqesiz oyunu da öz təsirini göstərdi.

Müdafiə xətti haqqında çox danışmağa ehtiyac yoxdur. Hər bir halda, rəqibin o qədər də iddialı olmaması və doğma meydanda oynamağımız yarı-yenilənmiş müdafiənin nəyə qadir olduğunu tam göstərmir. Odur ki, çıxarılacaq nəticələri saxlayaq ən tezi gələn tura. Bununla belə rahatlıqla demək olar ki, arxa xəttin ən yaxşısı Todorov oldu - qurulan hücumların əksəriyyətində bolqar oyunçumuz iştirak etdi.

Oyun baxımından bir nömrəli problem fərqli hücumların olmamasıdır. Kifayət qədər hazırlıqlı "Standard" müdafiəsi artıq cinahlardan gələn ötürmələri rahatlıqla qəbul edirdi, uzaq məsafədən zərbələrdə isə bugün Xəzərin günü deyildi. Ötürmə imkanların tükənməsi oyunçuların təkbaşına iki-üç futbolçunun əhatəsindən çıxmağa çalışmasına gətirirdi, əsasən də belə vəziyyətlə Kalinkov üzləşirdi. Oyunda bir qol epizodunun müəllifi və birinin assitenti (Nizaminin qaçırdığı qol) Çvetkovu da qeyd etməyə dəyər.

Bu oyunun nəticəsi oyunun özünü tam nümayiş etdirir. Başlanğıc yaxşı olanda - ondan ilhamlanıb daha da irəli getmək lazımdır. Başlanğıc belə olanda isə... onu sadəcə unutmaq gərəkdir. Düzgün nəticələr çıxarandan sonra.

Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bu gün qarşılaşdığımız "Standard" ilk dövrədəki komandadan çox fərqlənir. Böyükağa müəllimin gəlişindən sonra komandada müsbətə doğru böyük dəyişikliklər hiss olunur. Oyunun heç-heçə başa çatmasına baxmayaraq, deyərdim ki, "Standard" bu oyunda qazandı. Futbolçularıma arxayınlaşmamağı tapşırsam da, oyuna köklənə bilmədilər. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirəm."

Böyükağa Hacıyev, "Standard" klubunun baş məşqçisi: "Çətin oyun olacağını bilirdik. Çünki, "Xəzər Lənkəran" Azərbaycanın ən yaxşı klublarındandır. Ağasəlim müəllimin başçılıq etdiyi komandadan 1 xal almaq mənim üçün şərəfdir. Hər iki komanda yaxşı oyun göstərdi, futbolçularımı təbrik edirəm." 

Ramillio

79 dəfə oxunub Share/Save/Bookmark        Şərh yaz

Şərhlər (1)

Rashad Azizov | 03.02.2010 20:47

bu oyunda tam emin idim ki, qelebe qazanacayiq.. ama xal itirdik.. eybi yox..  Inşallah növbeti matçlarda xüsusen de, bu ay oynayacağmz Neftçi ve Qarabag oyunlarinda qelebe qazanariq.



Turnir cədvəli
Komandamız O Q H M T-F X
Neftçi 4 3 1 0 9-1 10
Xəzər Lənkəran 4 3 1 0 4-0 10
İnter 4 2 1 1 4-2 7
AZAL 4 2 1 1 5-4 7
Muğan 4 1 2 1 5-5 5
Qarabağ 2 1 1 0 2-1 4
Gəncə 3 0 3 0 3-3 3
Bakı 3 1 0 2 4-5 3
MOİK 3 1 0 2 3-4 3
Turan 4 0 2 2 3-7 2
Simurq 4 0 2 2 3-9 2
Qəbələ 4 0 1 3 1-5 1
Bombardirlər
Oyunçu Komandamız Q
Bahodir Nasimov Neftçi 6
Jaba Bakı 3
Elvin Beqiri Xəzər Lənkəran 2
Seçilmiş xəbərlər

06.09.2010 10:07

”Xəzər Lənkəran” – MOİK oyunu Bakıda keçiriləcək

30.08.2010 17:35

Arxa xətt ön planda

29.08.2010 12:07

Yeni avtobusunuz mübarək!

27.08.2010 17:53

Polis özbaşınalığı...

26.08.2010 17:49

Unibank Premyer Liqası: IV turun hakimləri 

26.08.2010 17:02

"Xəzər Lənkəran" "Şaxtyor"la yoldaşlıq oyunu keçirmək istəyir

24.08.2010 14:22

İntizam Komitəsinin iclası keçirilmişdir

23.08.2010 12:06

Proses davam edir

23.08.2010 10:32

Kakha, are you OK ?

20.08.2010 13:33

"Xəzər Lənkəran" - "İnter" oyununa "Fırtına" hazırlığı


Bütün xəbərlər >>
Ən çox oxunan 5 yazı

Bizə ləkəli zəfər lazım deyil!

“Xəzər-Lənkəran” ilk dövrədə statistikanın gözü ilə...

Kamran Ağayev 23-ə bizimlə...

Xəzərin "Son Qayasi"

Təzahürat