Elvin Beqiri ilə Tixon Şışovun ardından "Xəzər Lənkəran"ımız daha bir futbolçu - braziliyalı Kristian Kabralla ile 2 illik müqavile bağladı. 30 yaşlı cənubi amerikalı karyerasında ik dəfə legioner statusuna qovuşub və komandamızda 4-cü braziliyalı oldu. Hücumçuların arxasında - pleymeyker mövqeyində oynayan Kristian daha öncə Braziliya çempionatının A Seriyasında "Palmeyras" klubunun şərəfini qoruyub. "Parana", "Nautiko" və "Vitoria"nın heyətində də çıxış edən təcrübəli futbolçu son altı ayı Braziliyanın B Seriyasında yarışan "Fortaleza"nın heyətində keçirib. Yeni transferimiz münasibətilə bütün Xəzər Lənkəran camiəsini təbrik edirik! İnşallah vurduğu qollarla hər birimizi sevindirər! Uğurlar!
Şərh yaz