|
Növbəti oyun
MOİK "Xəzər Lənkəran" UniBank Premyer Liqası, V tur 12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion
|
Yeni İlin köhnə arzuları 30.12.2009 23:14 Budur, Azərbaycan Premyer-Liqası fasilədədir və biz bu fasilədən maksimum istifadə edib mövsümün geridə qalan hissəsinin altından bir xətt çəkək. İlk öncə qeyd edək ki, mövsüm başlanandan bəri müxtəlif çeşiddə gözlənilməzliklər və sensasiyalar o qədər oldu ki, artıq bəzi nəticələrin sensasiya və ya qanunauyğunluq olmasında şübhələr yarandı. "Xəzər Lənkəran" geridə qalan turlarda çox paradoksal oyun nümayiş etdirdi. Asan qələbələr həqiqətən az oldu, üstəgəl bəzi xal itkiləri də əhvala pis təsir bağışladı. Paradoks isə ondadır ki, tərəfdarların fikirlərində "heç olmasa altılığa düşək" sözləri gəzə-gəzə, komanda Yeni ilə ümumi cədvəldə 2-ci, "qızıl xallarla" isə 1-ci yerdə daxil olur. Bu nəyin nəticəsidir? Əzmkar oyun, təsadüf və yaxud praqmatika? Məncə bu vacib deyil. Bu səhifə qatlandı. Bütün fikirlər irəliyə doğru. Bir gözəl hal var ki, artıq 5 ildir Lənkəran azarkeşi özünəməxsusluğunu qoruyur və inanıram ki, qoruyacaq. Bizim azarkeş istənilən oyunda (ev və ya səfər, lider və ya autsayder) yalnız qələbə arzulayır. Mən indiyə qədər heç-heçəyə sevinən Xəzər azarkeşi görməmişəm. Amma sönük, qolsuz heç-heçəyə emosiya dolu hisslərlə sevinən vitse-prezident görmüşəm... Nə isə, bizdən iraq. Oyun planında həqiqətən Santa Klausdan arzulayacağımız çox şey var. Və bir az toxunulan məsələ - Xəzərin ehtiyat güvvəsi, yəni gənclər. İndi gördüyümüz vəziyyət, yumşaq desək, xoşagəlməzdir. Əgər əsas heyət oyunçusundan bilavasitə nəticə gözləyiriksə, gənclərdə vəziyyət fərqlidir. İlk öncə gənclər gözləyir - şərait, motivasiya gözləyir. Və yalnız bundan sonra nəticə istəyə bilərik. İstəyirəm bayramdan istifadə edib bir arzu tutum - qoy Azərbaycanda klub səviyyəsində ilk futbol akademiyası Lənkəranda açılsın. Bütün arzu və istəklər səsləndi. Ötən Yeni İllərin arzularından belə də fərqlənmir. Bir il sonra daha böyük arzular etmək...yox - məqsədlər qoymaq istəyirsinizmi? Elə mən də. Bu da oldu son arzu. Yeni İliniz Mübarək! Ramillio 56 dəfə oxunub |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz