Növbəti oyun
-

MOİK     "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, V tur

12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion

Əvvəlki oyun
-

AZAL 0 - 1 "Xəzər Lənkəran"

UniBank Premyer Liqası, IV tur canlı, AzTV

Məqalələr
Xalid

Yeni mövsümdə "Xəzər Lənkəran"ımıza uğurlar!

Ramillio

Liderin liderlərə ehtiyacı

Kantana

Geriyə nəzər saldıqda

Ramin Səfərov

Jurnalistika, Peşəkarlıq, yoxsa ....

G.T. Lənkəranlı

"Xəzər Lənkəran" Azərbaycan Futboluna nə bəxş etdi?

Nail Ismayılov

Futbolumuzun inkişafı .

Fan Xəzər

Xəzərin parlayan ulduzu Kazım Kazımlı


Bütün məqalələr >>
Ən çox hansı idman saytını bəyənirsiniz?
azerisport.com
apasport.az
korner.az
ultrasport.az
football-plus.az
futbolpress.az
fanat.az
qol.az
extratime.az
azerifootball.com
stadium.az

Sorğu nəticələri    

Liderin liderlərə ehtiyacı

03.10.2009 10:50

Futbol klubları liderlik məqsədini ortaya qoyarkən həmçinin onları zirvəyə doğru apara biləcək oyunçular barədə düşünür. Həmin oyunçular da komandanın liderləri olurlar. Gəlin `Xəzər Lənkəran`da aparıcı oyunçularla bağlı vəziyyətə nəzər salaq.

5 il ərzində heyətə cəlb olunub, sonra yola salınan oyunçuların sayını çoxu itirib. Müxtəlif mövsümlərdə komandanın liderinə çevrilməyə namizəd olanlar, formasını itirib klubu tərk ediblər və ya əksinə. Oqtay Dərəlioğlu, Samir Əliyev, Zaur Ramazanov, Emin Quliyev kimi oyunçuları bu siyahıya əlavə etmək olar. Bugün bunlardan heç biri komandada yoxdur. Amma məqsəd dəyişilməz qalır. Azərbaycanda birinci olmaq və ən əsası xarici uğurlar üçün klubda uzun müddət stabil çıxış edən aparıcı oyunçular olmalıdır. 2004-cü ildən etibarən `Xəzər Lənkəran`da Alim Qurbanov və Rəşad Kərimov qalıb. Bu oyunçular da olsalar, yalnız ehtiyatın lideri olarlar.

Komandada aparıcı oyunçuları iki əsas qrupa bölmək olar.

Oyunu quran liderlər. Bunlar pleymeykerlərdir. Bu oyunçular adətən orta sahədə və bəzi hallarda hücum xəttində oynayır. Komandanın oyunu məhz onun üzərində qurulur. Bugün Xəzərdə belə bir oyunçunu biz göstərə bilmərik. Gəldiyi ilk mövsümdə əla təəssürat bağışlayan Juninyo bu vəzifəni daşımalı olsa da, o öz göstərcilərini çempionatımıza uyğun olaraq aşağı saldı. Bu gün Juni sadəcə olaraq yarımmüdafiənin aktiv oyunçlarından biridir, halbuki o, bundan daha çoxuna qadirdir. Ən aktiv hücumçumuz Çvetkov isə oyunu öz üzərinə daim götürə bilməz, çünki onun özünü ötürmə ilə "qidalandırmaq" lazımdır.

Psixoloji liderlər. Bu rolda pleymeykerlər də ola bilər amma çox vaxt bu müdafiəçilərə və qapıçılara aid olur. Müdafiəmiz hələ ki güclü təsir bağışlamır və bu xəttə hələ ki aparıcı oyunçu seçmək mümkün deyil. Amma bu gün məhz komandanın kapitanı olan kiper Kamran Ağayev lider deyə biləcəyimiz ən uyğun oyunçudur. Çox inanmaq istəyərdik ki, Kamran bu statusu qoruyub daha da möhkəmləndirər. Bununla belə yalnız qapıçının bu funksiyanı yerinə yetirməsi azdır. Bunun sadə səbəbi var - oyun zamanı qapıçının oyuna psixoloji təsiri əksər halda müdafiə xətti ilə təmasdan ibarətdir.

Və yenə də planlar... Klub tərəfindən bu ciddi məsələnin həlli dünya futbolunun təcrübəsinə çox bağlıdır. Con Terri, Karles Puyol, Stiven Cerrard, Raul Gonsales. Sadalanan bu oyunçular öz klublarının qeyd-şərtsiz liderləri və eyni zamanda yetirmələridir. Sözsüz ki, aparıcı oyuunçunun komanda da yetişdirilməsi ən doğru variantdır. Hər bir halda, onların hər hansı bir inciklik səbəbindən klubdan getmə ehtimalı da xeyli azalır. Toxunduğumuz məsələ ilə bağlı daha bir problem isə - hamımıza tanış olan nizam-intizamdır.
Ən azı bu iki əngəl aradan qaldırılsa biz nəhayət ki, gözlədiyimiz stabil və döyüşkən heyəti və bu heyəti irəli aparan oyunçuları görərik

Ramillio

1091 dəfə oxunub Share/Save/Bookmark        Şərh yaz



Turnir cədvəli
Komandamız O Q H M T-F X
Neftçi 4 3 1 0 9-1 10
Xəzər Lənkəran 4 3 1 0 4-0 10
İnter 4 2 1 1 4-2 7
AZAL 4 2 1 1 5-4 7
Muğan 4 1 2 1 5-5 5
Qarabağ 2 1 1 0 2-1 4
Gəncə 3 0 3 0 3-3 3
Bakı 3 1 0 2 4-5 3
MOİK 3 1 0 2 3-4 3
Turan 4 0 2 2 3-7 2
Simurq 4 0 2 2 3-9 2
Qəbələ 4 0 1 3 1-5 1
Bombardirlər
Oyunçu Komandamız Q
Bahodir Nasimov Neftçi 6
Jaba Bakı 3
Elvin Beqiri Xəzər Lənkəran 2
Seçilmiş xəbərlər

06.09.2010 10:07

”Xəzər Lənkəran” – MOİK oyunu Bakıda keçiriləcək

30.08.2010 17:35

Arxa xətt ön planda

29.08.2010 12:07

Yeni avtobusunuz mübarək!

27.08.2010 17:53

Polis özbaşınalığı...

26.08.2010 17:49

Unibank Premyer Liqası: IV turun hakimləri 

26.08.2010 17:02

"Xəzər Lənkəran" "Şaxtyor"la yoldaşlıq oyunu keçirmək istəyir

24.08.2010 14:22

İntizam Komitəsinin iclası keçirilmişdir

23.08.2010 12:06

Proses davam edir

23.08.2010 10:32

Kakha, are you OK ?

20.08.2010 13:33

"Xəzər Lənkəran" - "İnter" oyununa "Fırtına" hazırlığı


Bütün xəbərlər >>
Ən çox oxunan 5 yazı

Bizə ləkəli zəfər lazım deyil!

“Xəzər-Lənkəran” ilk dövrədə statistikanın gözü ilə...

Kamran Ağayev 23-ə bizimlə...

Xəzərin "Son Qayasi"

Təzahürat