|
Növbəti oyun
MOİK "Xəzər Lənkəran" UniBank Premyer Liqası, V tur 12.09.2010 17:30 Suraxanı, T.İsmayılov adına stadion
|
Təzahürat 24.07.2008 11:05 Oyunun başlanmasına az qalırdı. Türkiyənin Izmit şəhərində stadionda oturmuşdum. Qardaş klubumuz Kocaelisporun oyununa dəvət etmişdilər. Şərəf tribunasının yanında meydançanın küncünə yaxın bir yerdə oyunun başlanmasını səbrsizliklə gözləyirdim. Çiynimdə Azərbaycan bayrağı, boynumda Xəzər şərfi və mənə orda hədiyə edilən Körfəz şərfi var idi. Etrafımdakılar maraqla məni, mən isə maraqla stadionu seyredirdim. Stadionun diğər tərəfində ortada Hodri Meydanın yeri görsənirdi və dəqiqələr keçdikcə orda boş yer qalmamışdı. Oturduğum yerin qarşısında, meydançanın digər ucunda bir plakat diqqətimi çəkdi. “Lütfən təhqirə yol verməyin, biz də stadiondayıq”, amma o yerin üstü tamamilə boş idi. Maraqla məni dəvət edən dostuma bunun nə anlama gəldiyini soruşdum. O mənə buranın məktəblilərə aid olduğunu dedi. Bu oyuna onları da dəvət etmişdilər. Çox keçmədi müəllimlərin müşayətində böyük bir qrup stadiona daxil oldu ve boş olan həmin yeri doldurmağa başladılar. Oğlanlardan ve qızlardan ibarət orta məktəb şagirdləri idilər. Öz özümə onların stadionda nə işləri olduğunu soruşdum. Onların oyunçulara nə faydası olduğunu düşündüm, amma cavab tapa bilmədim. Amma yanılmışdım. Hodri Meydan hər kəsdən öncə yerini almışdı ve təzahüratlara belə başlamışdı. Oyun başladı və Hodri Meydan stadiondakı idarəçiliyi ələ aldı. Sırayla qapı arxasını, qarşı tərəfi təzahürata səsləməyə başladı. Stadion ahənglə guruldayırdı, anidən gözləmədiyim bir şey oldu. Sakitcə oturan məktəblilər anidən coşdular, öz məharətlərini göstərməyə çalışdılar və etdikləri her təzahüratı, hərəkəti stadion alqışladı. Amma onların durmağa niyyətləri yox idi. Təzahüratları başladan Hodri Meydan artıq liderliyi onlara buraxmışdı. Bu balaca məktəblilər təzahüratları başladır, stadionun hər yərindən daha gur səslə dəstək verirdilər. Kocaelispora aid bütün təzahüratları əzbərə bilirdilər. Mən bir ara oyunu unudub bu məktəbliləri izləməyə daldım. Onların bu coşğusu, uyumu məni valeh etdi. Stadionun daimi azarkeşi olmayan bu balaca futbol sevərlerin bir araya gəlib böyüklerindən də geri qalmayaraq sevimli komandalarını dəstəkləmələri təqdirə layiq idi. Mohtəşəm dəstək sayəsində Kocaelispor oyunu 2-0 uddu. Gələk bizim tərəfə. Şairlər, qəzəlxanlar, bəstəkarlar diyarı, yüzlərcə bədahətən söz deyə bilən insanı olan, musiqinin, incəsənətin beşiyi olan doğma toprağımızda niyə stadionlarda bunu bacarmırıq. 90 dəqiqə 2 hecadan vəya 3 hecadan əmələ gəlmiş sözü durmadan tekraralamaq nə dərəcə xoşdu. Yadımdadır Türkiye – Azərbaycan oyununda Azərbaycanı dəstəkləməyə getmiş azərbaycanlı tələbələr 90 dəqiqə “A-zər-bay-can” qışqırmışdılar. Durmadan “Xəzər, Xəzər, Xəzər” qışqırmaq dəstək ola biler, amma bu bir təzahürat deyil. Hətta “Irəli, Irəli, Lənkəranın Xəzəri” belə çox sadə təzahüratdır. Baxmayaraq ki, bundan daha yaxşısı hələ Azərbaycanda deyilməyib. Hərəkət olaraq tək bacardığımız Meksika dalğasından ibarətdir. Təzahürat mənə görə bir klubun, bir ölkənin futbolunun səviyəsinin də bir göstərgəsidir. Reallığı qəbul etmək lazımdır ki, futbolumuz, futbolçularımız və stadionlarımız zəifdir. Amma bizim futbol sevgimiz, şe’r qoşmaq istedadımız, söz sənətimiz heç kimden əksik deyil, hətda artıqdır belə. Gəlin yuz minlərin dilinə əzbər olacaq şe’rlər qoşaq, qəzəllər yazaq, mahnılar bəstələyək. Gəlin dünyaya subut edək ki, maddiyatla ən gözəl stadionlarınız, ən varlı klublarınız, ən baxımlı oyunçularınız ola bilər, amma sözün ən gözəlini, ən ahənglisini biz deyərik. Çünkü bura şairlər diyarıdır. Mololon mololon@hotmail.com
1706 dəfə oxunub Şərhlər (1) Zaur Ibraqimov | 24.12.2009 16:33
Duz Buyurursuz Tamamiile Raziyam Aferin Menim Qaqasima |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şərh yaz