Son dönəmlərdə danışılan inkişaf göz qabağındadır.Həm liqamızda, həm də avropada sərgilədiyimiz oyunlara baxdiqca bu gözəl idman növünə insanın marağı getdikcə azalır. Premyer liqamızın və eləcə də aşağı qruplar üzrə müəyyən dəyişikliklərin edilməsi zəruridir.
Premyer Liqa. Bir çox komandaları məcburi şəkildə dəvət etməklə səviyənin aşağı düşməsinin qarşısının alınması, əsasən güclü və imkanli komandalarin əsas heyyətde yer almalarını təşkil etmək olar. Ola bilər ki,komandaların sayının az olmasi olsun amma bu da cox dovrəli sistemlə öz həllini tapacaq.
Dubl. Bu komandaların tərkibinin dəyişdirilməsi lazımdır.Əsasən bura aşağı divizionlardan gəlmiş yetkin gənclərin oynadılmasını təmin etmək gərəkdir və müəyyən hədd qoyulmalıdır.Bura cəlb edilən oyunçuların isə mütəmadi olaraq əsas heyyətdə gənclərin iştirakını təmin etmək olar. Bu il üçün bura əsasən 18 yaşdan aşağı və aşağı yaş qruplarının uşaqlarının oynadılmasının təmin edilməsi lazimdir.
1 ci dəstə. Bütün komandaların 1 ci dəstədə çıxışını təmin etmək, maddi imkan daxilində Premyer Liqada oynaya bilməyən komandaları bura cəlb etmək,regionlarda əutbolun inkişafı üçün 1 ci dəstəyə bir çox rayon komandalarını dəvet etmək lazımdır.En əsası isə bu dəstədə çıxış edən bütün komandalara qurumlar tərəfindən müəyyən güzəştlər edilməlidir.
Həvəskarlar. Bütün klubların həvəskarlar qrupunu təşkil etmək lazımdır. İlk oncə bütün futbolçuları bura dəvət etmək olar,bu bir çox oyunçuların komandalara düşə bilmədiyi hallarda bu qrupda ozünü göstərmək imkanı qazanacaq.Bu işdə tam olaraq qurumların dəstəyi lazımdır.
17 -15 yaşlılar Aşağı yaş qruplarında oynanılan oyunlar əsasən zonalara ayrılır, yarışlar əsasən Bakı ve regionlar zonası üzrə keçirilir.Bu yarışların da dairəvi sistemdə keçirdilməsi lazımdır,bu həm Bakı klublarının, həm də regionlarda futbolun inkişafına böyük kömək edəcəyini düşünürəm.Bu sistemdə irəliləyişin özünü tez bir şəkildə büruzə verəceyinə inaniram. 13 yaşdan aşağı qrupların hazırlanması prosesi bütün klublarda həyata keçirdilir,amma bundan regionlar yararlana bilmirlər.Bu klubların da yarışlara cəlb edilməsi işinə baxilmalı və klublardan yarışlarda istirakın təmin edilməsini tələb etmək lazımdır.
Şərh yaz